Gəncədə bir neçə gün öncə avtomobillə vurulan və klinikaya yerləşdirilən 36 yaşlı Ayaz Məmmədovun meyitini ailə üzvləri tibb müəssisəsindən ala bilmir.
Bu barədə AvroMedia.az-a həmin şəxsin qaynı Elçin Böyükkişiyev məlumat verib.
Onun sözlərinə görə, A.Məmmədov 4 gün əvvəl yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb və “DNK Hospital”a yerləşdirilib. Əvvəlcə tibb müəssisəsindən zəng olunaraq həmin şəxsin vəfat etdiyi bildirilsə də, sonradan onlara xəstənin ölmədiyi deyilib: “Hadisə iyulun 25-i baş verib. Təxminən 4 min manat sığorta ödənişi edilib, 10 min manat da biz vermişik. Bizə günün birinci yarısında zəng gəlib ki, Ayaz Məmmədov ölüb, hazırlayırıq, gəlin aparın. Sonradan isə dedilər ki, ölməyib, sağdır. Yaxınları da Ayazın meyitini görüblər. Lakin buna baxmayaraq, xəstəxana ölümüzü vermir”.
Ayaz Məmmədovun yaxınları tibb müəssisəsinin qarşısına toplaşaraq yaranan vəziyyətə narazılıqlarını bildiriblər.
Qeyd edək ki, A. Məmmədov iyulun 24-ü yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi