Son vaxtlar davam edən anomal istilərlə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədilə birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib.
AvroMedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, hərbi qulluqçuların istivurma və günvurmadan qorunması, profilaktıkası, tibbi yardımın göstərilməsi, sanitariya maarifi işlərinin aparılması sistematik təşkil olunub və nəzarət gücləndirilib.
Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə keçirilir, hərbi qulluqçular kazarma şəraitində yerləşdirilir və açıq səma altında görülən xidməti işlərə cəlb olunmur.
Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb. Bütün otaqlarda ikitərəfli hava axınının olması nəzarət altında saxlanılır.
Bununla yanaşı, hərbi hissələrdə sərin su duşları, əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi