SABAH qruplarının əhatəsi genişləndiriləcək, yeni məzmunlu təhsil proqramlarının gələcəkdə 15 min tələbəni əhatə etməsi nəzərdə tutulur.
AvroMedia.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq bu istiqamətdə addımlar atılır:
"Dəyişikliklərin biri ondan ibarətdir ki, artıq tələbələrimiz I kursdan başlayaraq təhsil ala biləcəklər. Bundan sonra göstərdikləri akademik nəticəyə və DİM imtahanlarındakı göstəricilərinə əsasən müsahibə yolu ilə daha çox tələbələrimiz birinci kursdan başlayaraq SABAH qruplarında təhsil almış olacaqlar".
Nazir müşaviri ixtisas istiqamətlərinin də genişləndiriləcəyini vurğulayıb:
“Əvvəllər daha çox texniki, texnoloji ixtisaslara üstünlük verilirdi. Artıq digər ixtisaslarda təhsil alan tələbələrin də SABAH qrupları kimi yeni məzmunlu təhsil qruplarında təhsil alması təmin ediləcək. Bu da təhsil keyfiyyətinin yaxşılaşdırılması istiqamətinə ciddi təsir göstərəcək. Bununla da daha çox tələbə SABAH qruplarında təhsil ala biləcək. SABAH və yeni məzmunlu təhsil qrupları bundan sonra Elm və Təhsil Nazirliyinin tabeliyində olmayan, digər qurumların, hətta özəl ali təhsil müəssisələrinə də şamil olunacaq. Bu istiqamətdə ali təhsil müəssisələrinin şəbəkəsi də genişlənir".

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi