Supermarketdə satılan ucuz qara zeytunların tərkibində bir neçə konservant ola bilər. Bu, istehsalçıların məhsulu tam yetişməsini gözləməmək istəyi ilə bağlıdır.
AvroMedia.az Medicina.az xəbər verir ki, Reading Universitetinin diyetoloqu, professor Günter Kunle və Braun Universitetinin İnformation Futures Laboratoriyasının elmi işçisi bu barədə xəbərdar ediblər.
Onların sözlərinə görə, mağazalarda olan yaşıl zeytun yetişməmiş yığılır. Onların daha acı dadı var. Bununla belə, əksər istehlakçılar qara zeytunu acısız yumşaq dadına görə sevirlər.
Kunle qeyd edir ki, normal şəraitdə zeytun ağacın üzərində qara olur, sadəcə yetişənə qədər gözləmək lazımdır.
İstehsalçılar uzun müddət gözləmək istəmirlər və məhsula natrium hidroksid kimi konservantlar əlavə edirlər:
"Qara rəng üçün istehsalçılar dəmir qlükonat əlavə edirlər. Onun işi zeytundakı birləşmələrə bağlanmaq, onları oksidləşdirmək və onlara təmiz, tünd qara rəng verməkdir.
Keyfiyyətli qara zeytun almazdan əvvəl tam yetişənə qədər ağacda qalmalıdır, qara zeytun alarkən etiketini oxuyun və etibarlı mənbədən alın”.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi