Azərbaycanda torpaq sənədləşdirilməsi prosesində gecikmələrin əsas səbəbi texniki çətinliklərdir.
AvroMedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.
O qeyd edib ki, vətəndaşların faktiki istifadə etdikləri torpaq sahələri ilə əldə etdikləri sənədlər arasında uyğunsuzluq çox vaxt prosesin uzanmasına səbəb olur:
“Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması haqqında" fərmana əsasən torpaq istifadəçilərinin real məkana köçürülməsi nəzərdə tutulub. Lakin praktiki olaraq, bəzən bir massivdə sənədin düzgünləşdirilməsi bir ay, hətta iki ay çəkir. Bu da ümumi icra müddətini artırır. Bu vəziyyətdə vətəndaşların prosesə daha aktiv və maraqlı yanaşması vacibdir.
Vətəndaşlar sənədləşdirmə işlərinin sürətləndirilməsində bizə dəstək olsalar, təkcə özləri yox, həmin ərazidə yaşayan yüzlərlə insan da sənədlərini daha tez əldə edə bilər”.
O bildirib ki, müxtəlif instansiyalara daxil olan şikayətlərdə əsasən texniki problemlərdən qaynaqlanan gecikmələr üzə çıxır və bunun aradan qaldırılması üçün işlər aparılır.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi