Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.
AvroMedia.az xəbər verir ki, görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və “Xəzər Xəbər”in vatsap qaynar xəttinə göndərilib.
Məlumata görə, videonu çəkən Tacəddin Cəfərov iddia edir ki, içilən maye pivə olub. Hadisə iyulun 20-də 183 nömrəli marşrut avtobusunda baş verib. Vətəndaş bununla bağlı iradlarını sürücüyə və ona pivə süzdüyü iddia edilən şəxsə də bildirib.
Məlum olub ki, video çəkilən vaxt sükan arxasında olan sürücü İlham Həbibov olub. Bu gün o, yenidən eyni marşrutda iş başında idi.
Həmin şəxs iddiaları təkzib edib:
“Bəli, onu mən içmişəm. O kvas idi, spirtli deyildi. Bir sərnişin verdi mənə, mən də içdim. Bu adam da baxdı, qışqırdı ki, guya pivədi”.
İlham Həbibovun sözlərinə görə, hadisədən sonra vətəndaş Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub. 30-cu polis bölməsində onun ifadəsi alınıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə də əlaqə saxladıq. İdarənin bölmə rəisi Toğrul Nəsirli bildirdi ki, görüntülər araşdırılır.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?