Kibertəhlükəsizlik üzrə mütəxəssis Fərid Pərdəşünas sosial şəbəkədə maraqlı hadisəni izləyicilərlə bölüşüb.
AvroMedia.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistan istifadəçilərinin X platformasında Azərbaycana qarşı etiraz məqsədilə apardığı kampaniya gözlənilməz nəticə verib.
Mütəxəssis qeyd edib:
“Etiraz mesajlarında “Azərbaycan” sözünü yazmaq əvəzinə simvol limitinə görə AZ bayraq emojisini istifadə ediblər. Bu isə X-in alqoritmi tərəfindən Azərbaycan bayrağını Ermənistan üzrə trendin zirvəsinə çıxarıb. Maraqlı, təsadüfi və simvolik bir hadisədir. Dünən #AzərbaycanaSanksiya yazanlar bu gün fərqində olmadan öz trendlərində Azərbaycan bayrağını dalğalandırıblar”.
Sosial media alqoritmləri və emosional kampaniyaların bəzən necə əks nəticə verdiyinin daha bir nümunəsi kimi dəyərləndirilən bu hadisə virtual mübarizənin də nə qədər diqqət tələb etdiyini göstərir.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi