"Tələbə Həmkarlar İttifaqı Komitəsi ali təhsil müəssisələrinin hər birində mövcuddur. İstisna hallarda bəzilərində olmaya bilər. Bu komitənin yaranması və dövlət qeydiyyatından keçməsi ilk baxışda yoxlanılmalıdır. Əgər dövlət qeydiyyatından keçibsə və universitetin tərkibində fəaliyyət göstərirsə, onun götürdüyü xüsusi öhdəliklər var. Eyni zamanda xüsusi norması və hüquqi- normativ sənədləri olmalıdır. Ən əsası isə Həmkarlar İttifaqına üzvlərin qəbulu könüllülük əsasında aparılmalıdır. Tələbələri xəbərləri olmadan hansısa ittifaqa üzv etmək olmaz".
Bunu Musavat.com- a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, Həmkarlar İttifaqı tələbələrin hüquqlarını qorumalıdır:
"Dünyanın bir çox ölkələrində belə ittifaqlar tələbələrin sosial problemlərinin həllinə dəstək olur. Tələbə də ora könüllü şəkildə üzv olur və üzvlük haqqı ödəyir. Bizdə isə tələbənin xəbəri olmadan onu birbaşa üzv kimi qəbul edirlər. Bu, əlbəttə, doğru deyil, qanunvericilik prinsipini pozur".
Ekspert deyir ki, tələbə üzvlüklə bağlı özü müraciət etməlidir.
"Şikayəti olan tələbələr məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsinlər".
Qeyd edək ki, ali təhsil ocaqlarında təhsil alan birinci kurs tələbələri deyirlər ki, onların şəxsi razılığı olmadan hər ay təqaüdlərindən 3 manat çıxılır. Bunun səbəbi özləri də bilmədən Tələbə Həmkarlar İttifaqı Komitəsinə məcburi üzv olmalarıdır.
Statistikaya görə, bu gün ali təhsil ocaqlarında 180 mindən çox tələbə təhsil alır. Onların 70 minə qədəri dövlət sifarişi ilə oxuyur. Təxminən 35 min tələbə hər ay təqaüd alır və nəzərə alsaq ki, hər ay bu məbləğdən 3 manat tutulur, bu isə ayda 100 min manatdan çox vəsaitin toplanması deməkdir.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi