Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.
AvroMedia.az Xəzər TV-yə istinadən bildirir ki, xüsusilə “Tiktok” sosial şəbəkəsi vasitəsilə həm canlı yayımlar açaraq, həm də videolar paylaşaraq vətəndaşlara dərman tövsiyəsi edən əczaçı səhifələrinin sayı kifayət qədərdir. Bəs əczaçılarn xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görməsi nə dərəcədə doğrudur?
Elə bəzi satıcıların özləri də bildirirlər ki, əczaçılar həkim deyillər. Onlar xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görürlərsə, bu ciddi tibbi və etik qayda pozuntusudur.
Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirir ki, hər kəsin bədəni və sağlamlıq vəziyyəti fərqlidir. Sosial şəbəkədə verilən tövsiyə onların vəziyyətinə uyğun olmaya bilər. Eyni zamanda yan təsirlərə və ya dərman qarşılıqlı təsirlərinə məruz qala bilərlər.
Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən isə “Xəzər Xəbər”ə bildirilib ki, sosial şəbəkələrdə fərdi şəxslərin – hətta əczaçı olsalar belə – canlı yayım vasitəsilə dərman vasitələri tövsiyə etməsi və ya reklam etməsi qanunla qadağandır və yol verilən hal deyil.
“Dərman vasitələri yalnız həkim təyinatı əsasında istifadə olunmalıdır, özbaşına qəbuldan və sosial şəbəkələr vasitəsilə əldə edilən tövsiyələrdən çəkinmək lazımdır. Əgər resptlə satılan dərmanlar bu şəkildə reklam edilirsə, o zaman həmin şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir”, -deyə qurumdan bildirilib.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?