Yay mövsümündə avtomobillərin şinlərinə dair tələblər daha ciddi nəzarətdə saxlanılmalıdır.
AvroMedia.az xəbər verir ki, bu barədə yol polisinin sürücülərə müraciətində qeyd edilib.
Bildirilib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında sürücünün hazırlığı, təcrübəsi ilə yanaşı, avtomobilin təkər və şinlərinin texniki tələblərə və mövsümi şərtlərə cavab verməsi həlledici rol oynayır.
“Qış aylarında olduğu kimi, yay fəslində də köhnə, aşınmış şinlərin istismarı ciddi təhlükə mənbəyidir.
Yay aylarında hərəkət intensivliyinin, eləcə də uzaq məsafələrə səfərlərin sayının artması təkər və ya şinlərdəki nasazlıqları daha tez biruzə verir. Xüsusilə temperaturun yüksəlməsi şinlərdə təzyiqin artmasına səbəb olur ki, bu da normativ tələblərin pozulmasına, hətta şinin partlaması ilə nəticələnə bilər.
Qanunvericiliyə əsasən avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normalara uyğun olmadıqda, eləcə də şinlərdə kord çılpaqlaşdıqda, karkas təbəqələrə ayrıldıqda, protektor və şinlərdə yan rejimin qopması kimi yerli zədələr olduqda və ya eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə edildikdə nəqliyyat vasitəsinin istismarına yol verilməməli, nasazlıq aradan qaldırılmalıdır.
Bəzən də zahirən “təzə” görünən şinlər istifadə müddətinin keçməsi, yaxud saxlanılma şəraitinin düzgün olmaması səbəbindən yararsız olur ki, onlardan istifadə sonradan ağır faciələrə gətirib çıxarır.
Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi istənilən hava şərtlərində yaranmış çətinlikləri rahatlıqla dəf etmək üçün nəqliyyat vasitələrinin sahiblərini və sürücüləri sadalanan tövsiyələri daim diqqət mərkəzində saxlamağa çağırır.
Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun olması mühüm şərtdir”.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?