“Qış Parkı”nda parklanma yerinin ətrafında olan eskalatorlar illərdir işləmir. Ötən il həmin ərazidə parklanma qiymətini qaldırsalar da, hələ də mövcud avadanlıqlar təmir olunmayıb”.
Bu şikayətlə sakinlər müraciət ediblər. Onların sözlərinə görə, 12 saat üçün aylıq parkinq qiyməti 30 manatdan 80 manata qaldırılıb. Amma xidmət keyfiyyətində dəyişiklik yoxdur.
Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yaxın zamanda sözügedən eskalatorların təmirinə başlanılacaq: “Qış Parkı”nın aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub. Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorların əsaslı təmiri nəzərdə tutulub. Eskalatorların təmiri ilə bağlı artıq tender elan olunub və qalib müəyyən edilib. Yaxın zamanlarda təmir işlərinə başlanılması nəzərdə tutulub”.
Qeyd edək ki, sözügedən dayanacaqda parkinq qiymətləri ötən il qaldırılmışdı. Dayanacaqda əvvəl 12 saat üçün aylığı 30 manat olan parkinq qiymətləri 80 manat olmuşdu. Həmin vaxt AYNA tərəfindən verilən açıqlamada yeraltı parklanma məntəqələri üzrə parklanma fəaliyyətindən daxilolmaların xərcləri tam qarşılamadığı bildirilmişdi. Qeyd olunurdu ki, parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?