“Azərbaycanda vətəndaşlara alış-veriş zamanı ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılması sistemi tətbiq olunur. Lakin bəzi məhsullar bu sistemə daxil deyil. Bunun əsas səbəbi həmin məhsulların ümumiyyətlə ƏDV-dən azad olunmasıdır”.
Bu sözləri iqtisadçı ekspert Əkrəm Həsənov açıqlamasında bildirib.
“Qanunvericiliyə əsasən, kənd təsərrüfatı məhsulları, bəzi dərman vasitələri, eləcə də maliyyə xidmətləri (məsələn, bank kreditləri) və sığorta əməliyyatları ƏDV-dən azaddır. Bu isə o deməkdir ki, vətəndaş bu məhsul və ya xidmətləri alarkən ƏDV ödəmədiyi üçün ona heç nə geri qaytarılmır”.Ekspert vurğulayır ki, bu hallar əslində bir növ güzəştdir.
“Əgər bu məhsullara ƏDV tətbiq olunsaydı, vətəndaş həmin qiymətin üstünə əlavə 18 faiz də ödəməli olacaqdı. Bu zaman məbləğin bir hissəsi geri qaytarılacaqdı. Ancaq hazırkı durumda, ümumiyyətlə, ƏDV tutulmadığı üçün geri qaytarılan hissə də olmur. Beləliklə, vətəndaş bu məhsulları alarkən əlavə vergi yükündən azad olur və son nəticədə qazanan tərəfə çevrilir”.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi