Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlamətlərlə xarakterizə olunur.
AvroMedia.az Lent.az-a istindən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov yayılan virusun COVID-19 infeksiyasının “Omikron” ştamı olduğunu bildirib.
İnfeksionist qeyd edib ki, həm Azərbaycanda, həm də bir çox ölkələrdə COVID-19 infeksiyasının “Omikron” variantının bəzi altnövləri hələ də dövriyyədədir:
“Bu ştamlar yüksək yoluxuculuq qabiliyyətinə malik olsa da, sağlam və immun sistemi normal olan insanlarda xəstəlik əsasən yüngül keçir və bir neçə gün ərzində sağalma ilə nəticələnir. Risk qrupuna aid olan şəxslərdə isə xəstəliyin ağır keçməsi mümkündür.
Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması, öskürək, oynaq və əzələ ağrıları ilə müşahidə olunan hallar isə əksər hallarda müxtəlif respirator virus infeksiyaları ilə bağlıdır. Bu viruslar əsasən hava-damcı yolu ilə yayılır və xüsusilə insanların sıx toplaşdığı məkanlarda sürətlə yoluxma halları baş verir.
Bu cür simptomlarla müşahidə olunan infeksiyalar çoxdur və onların gedişatı şəxsin fərdi xüsusiyyətlərindən – xüsusilə immun vəziyyətindən asılı olaraq dəyişə bilər”.
“İnfeksiyalardan qorunmaq üçün ən effektiv yol isə hava-damcı yolu ilə yayılan xəstəliklərə qarşı standart gigiyenik və profilaktik tədbirlərə əməl etməkdir. Bu tədbirlərə maskadan istifadə, əllərin mütəmadi yuyulması, qapalı və izdihamlı məkanlardan uzaq durmaq kimi tədbirlər daxildir”, - o əlavə edib.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?