“Azərbaycanda taksi sürücülərinin iş qrafiki qanunvericiliklə tənzimlənir. Mövcud qaydalara əsasən, taksi sürücüləri gündəlik maksimum 8 saat işləyə bilərlər. Bu müddətdən artıq fəaliyyət göstərməyə icazə verilmir”.
Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev AvroMedia.az-a açıqlamasında deyib.
“Taksi fəaliyyəti göstərən şirkətlər və onlara bağlı operatorlar da proqram təminatı vasitəsilə bu qaydanın icrasını təmin edirlər. Sürücü gün ərzində 8 saatlıq limiti keçdikdə, onun platformada fəaliyyət göstərməsi texniki olaraq məhdudlaşdırılır, hesabı deaktiv olunur və qeydiyyatdan keçə bilmir.Mütəxəssis bildirir ki, bu qaydaların tətbiqi sürücülərin sağlamlığını və yol təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
“Çünki uzunmüddətli iş rejimi yuxusuzluq, fiziki və psixoloji yorğunluq, əsəbilik kimi hallarla müşayiət oluna bilər. Bu isə nəinki sürücünün sağlamlığına, eyni zamanda sərnişinlərin təhlükəsizliyinə də ciddi risk yaradır. Gərgin və nəzarətsiz iş qrafiki qəzalara, sərnişinlərlə konfliktə və digər arzuolunmaz hallara səbəb olur”.Ekspert bu tələbin sərt şəkildə qorunmasının vacibliyini vurğulayır və sürücülərin həm fiziki, həm də psixoloji baxımdan istirahətinə xüsusi diqqət yetirilməsini tövsiyə edir.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi