Azərbaycanda növbəti bayram tətili noyabrda olacaq.
AvroMedia.az milli.az-a istinadən xəbər verir ki, noyabrda 4 gün ardıcıl istirahət nəzərdə tutulur.
İyul, avqust, sentyabr və oktyabr aylarında qeyri-iş günü olan bayram yoxdur. Bu müddətdə yalnız 20 sentyabr – Dövlət Suverenliyi Günü və 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunur, lakin onlar iş günləridir.
Növbəti qeyri-iş günləri 8 və 9 noyabr olacaq, yəni Zəfər Günü və Dövlət Bayrağı Günü. Hər iki gün şənbə və bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən tətil 10 və 11 noyabra keçirilir. Beləliklə, 8-11 noyabr tarixlərində ölkədə ardıcıl 4 gün istirahət olacaq.
Bundan əlavə olaraq, 12 noyabr – Konstitusiya Günü iş günü və ilin sonuncu qeyri-iş günü isə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü olacaq.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi