Zəhərli ilanlar yalnız diri halda deyil, öldükdən sonra da həyati təhlükə yarada bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ilan öldükdən sonra belə sinir refleksləri saatlarla aktiv qalır. Memelilər ölüm zamanı tez bir zamanda hərəkətsizləşsə də, sürünənlərin ibtidai sinir sistemi toxunuşa qarşı uzun müddət reaksiya verə bilir.
AvroMedia.az xəbər verir ki, bu hal ölü ilan başına toxunduqda belə refleks sancmanın baş verə biləcəyini göstərir. Üstəlik, bu zaman ifraz olunan zəhər canlı ilandakı qədər öldürücüdür. Məhz bu səbəbdən zəhərli növlərlə təmasda həddindən artıq ehtiyatlı olmaq vacibdir. Çünki az miqdarda ilan zəhəri belə ağır yaralanmalara və hətta ölümə səbəb ola bilər.
Belə faciəli hadisələrdən biri Peng Fan adlı şəxsin başına gəlib. O, İndoçin tüpürən kobrasının başını bədənindən ayırdıqdan cəmi 20 dəqiqə sonra həmin ilan baş tərəfindən sancılıb. Hadisə Çinin Quandunq bölgəsində baş verib. Peng Fan bölgəyə məxsus yemək olan doğranmış ilan şorbası hazırlayırmış. Təəssüf ki, bu fəaliyyət onun həyatına son qoyub.
Mövzu ilə bağlı açıqlama verən Bangor Universitetinin herpetoloqu Volfqanq Vüster bildirib:
“Çöldə ilanlarla işləyən hər kəs bunu bilməlidir: ölü bir ilan başına toxunmayın və onu əlinizə almağa çalışmayın.”
Məlumat həyat xilas edir. Şübhə isə bəzən həyatları qoruyur.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?