Türkiyə İsrailin İrana hava zərbələrini ən sərt şəkildə qınayır.
"Beynəlxalq hüququ açıq şəkildə pozan bu hücum İsrailin regionda strateji sabitliyi pozma siyasətinə xidmət edən bir təxribatdır. Hücumlar İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir vaxtda baş verdi. Bu da Netanyahu hökumətinin heç bir məsələnin diplomatik yollarla həllini istəmədiyini, öz maraqları çərçivəsində regional sabitliyi və qlobal sülhü riskə atmaqdan çəkinmədiyini göstərir.
İsrail daha böyük münaqişələrə səbəb ola biləcək təcavüzkar hərəkətlərinə dərhal son qoymalıdır. Yaxın Şərqdə daha çox qan və dağıntı görmək istəmədiyimizi bir daha bildiririk. Beynəlxalq ictimaiyyəti müharibənin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq", - məlumatda vurğulanıb.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri bu gün səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüblər.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi