Bəzi yabanı bitkilər zahirən tanış görünsə də, əslində ölümcül təhlükə daşıya bilər.
AvroMedia.az xəbər verir ki, mütəxəssislər xüsusilə cəfəriyə bənzəyən, lakin zəhərli olan bitkilərlə bağlı vətəndaşları diqqətli olmağa çağırır.
Ondokuz May Universitetindən Dr. Ferqan Karaer Samsunun Bafra rayonunda təşkil edilən 8-ci Yerli Bitki Yeməkləri Festivalı çərçivəsində çıxış edərək, “baldıran” kimi tanınan hemlock bitkisinin xüsusilə diqqətlə tanınmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu bitki tez-tez cəfəri və şüyüdlə qarışdırılır:
“Conium maculatum adlı bitki var, çox zəhərlidir. Yarpaqları cəfəriyə çox bənzəyir, lakin dadına baxmaq həyat üçün təhlükəlidir” .
Dr. Karaer zəhərli bitkilərin təbiətdə şəfalı olanlarla tez-tez qarışdırıldığını və bu səbəbdən zəhərlənmə hallarının baş verdiyini qeyd edib. Baldıranı tanımaq üçün onun xallı gövdəsi və çiçəklərinə diqqət yetirilməli olduğunu deyən mütəxəssis, bitkiləri yalnız əsl mütəxəssis yardımı ilə tanımağın daha güvənli yol olduğunu bildirib.
Zəhərli otlardan qorunmaq üçün vətəndaşlara bu kimi bitkiləri tanımadan istifadə etməmək, dadına baxmamaq və ehtiyatlı olmaq tövsiyə olunur.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi