Şiddətli yorğunluq və tükənmə hissi xroniki böyrək çatışmazlığının simptomları ola bilər.
AvroMedia.az xəbər verir ki, xəstəlik uzun müddət heç bir əlamət olmadan davam edə bilər.
Mütəxəssislər xarakterik əlamətlər kimi ürəkbulanma, qusma, çaşqınlıq və diqqəti cəmləməkdə çətinlik, şişlik, sidik ifrazında dəyişiklik, qarnın aşağı hissəsində ağrı, dərinin quruması və qaşınması, həmçinin iştahsızlıq və ağızda metal dadın yaranmasını müəyyən ediblər. Bu simptomlar görünsə, mümkün qədər tez bir həkimə müraciət etmək vacibdir.
Xroniki böyrək çatışmazlığı adətən şəkərli diabet və yüksək qan təzyiqi ilə əlaqələndirilir. Nəzarət olunmayan şəkərli diabet qanda şəkərin yüksəlməsinə (hiperqlikemiya) səbəb ola bilər, qanda şəkərin davamlı yüksəlməsi isə böyrəklərə və digər orqanlara zərər verə bilər.
Monreal Universitetinin Tədqiqat Mərkəzinin alimləri bundan əvvəl dünyada ilk dəfə olaraq böyrəklərdəki ən kiçik qan damarlarını qoruya və ciddi zədələnmədən sonra onların funksiyalarını saxlaya bilən mikro RNT-ni müəyyən ediblər.
Bu kəşf bütün dünyada milyonlarla insana təsir edən xroniki böyrək çatışmazlığının erkən diaqnostikasına və qarşısının alınmasına yanaşmanı kökündən dəyişə bilər.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?