Prezident İlham Əliyev ötən il imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərin 3 ay müddətində hazırlanıb təqdim edilməsi tapşırılmışdı. Bu müddət mart ayının 23-də başa çatıb. Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?
AvroMedia.az xəbər verir ki, Millət vəkili Vüqar Bayramov Xəzər TV-yə bildirib ki, ölkə rəhbərliyi tərəfindən müvafiq sənəd imzalandıqdan sonra təqribən 3 milyon şəxsi əhatə edən sosial müavinətlər və təqaüdlərin artırılması həyata keçiriləcək.
İqtisadçı-ekspert Xalid Kərimli isə deyir ki, artımların nə qədər olacağı birbaşa hökumətin səlahiyyətində olan məsələdir. Artıq bunun üçün büdcədə artımlarla bağlı ehtiyatlar yaradılıb və artımların olacağı ilə bağlı cəmiyyətə mesajlar verilib.
İqtisadçı həmçinin bildirib ki, ölkədə minimum əmək haqqı və pensiyanın artım faizinə uyğun olaraq sosial müavinət və təqaüdlərdə artım olacağı gözlənilir. Bu rəqəm isə təqribən 10-15 faiz arasında dəyişə bilər.
İqtisadçı qeyd edib ki, dövlət büdcəsində 3 milyard manatdan çox profisitin yaranması, eyni zamanda, vergi ödəmələrinin 5,7 faizin üzərində olması sosial müavinət və təqaüdlərin artmasına zəmin yaradır.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?