Təkcə paytaxt və Abşeron rayonunda 450 minə yaxın sənədsiz ev var. Vaxtilə müxtəlif təyinatlı torpaq sahələrində tikilən, amma sənədsiz qalan minlərlə evin sahibləri çıxarış ala bilmədikləri üçün müxtəlif çətinliklərlə üzləşirlər.
AvroMedia.az xəbər ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, həmin evlərin çoxu vaxtilə tikilənlərdir.
Bu problemin qarşısını almaq məqsədilə bir il əvvəl "əmlak amnistiyası" tətbiq olunacağı deyilmişdi.
Ekspert bildirir ki, bu layihə vətəndaş üçün sosial baxımdan çox önəmlidir. Elnur Fərzəliyev deyir ki, sənədsiz evlərin sayının çox olması əmlak bazarında süni qiymət artımına da səbəb olur. Amma eyni zamanda burada digər ciddi problemlər də var.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdik. Qurumdan bildirildi ki, "Daşınmaz əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin sənədsiz evlərlə hər hansı bağlılığı yoxdur. Belə ki, sistemin yaradılmasında məqsəd "Daşınmaz əmlakın dövlət reyestri haqqında" sənədlərin bu sistemə daxil edilməsi və həmin sənədlərdən istifadə edilməsidir. Onu da əlavə etdilər ki, bu sistem sənədsiz evlərin deyil, hüquqmüəyyənedici sənədlərin olduğu daşınmaz əmlakların qeydiyyatı prosesinin tam elektronlaşdırılmasını həyata keçirəcəkdir.

SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Eyni anda 50 dronu məhv edə bilən sistem yaradıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi