“WhatsApp”da uzun zamandır gözlənilən bir yeniləmə hazırlanır.
AvroMedia.az Lent.az-a istinadən bildirir ki, bu yenilik istifadəçilərə unikal adlar (username) yaratmaq imkanı verəcək.
Hazırda bu xüsusiyyət aktiv inkişaf mərhələsindədir və yaxın vaxtlarda tətbiqdə istifadəyə veriləcəyi gözlənilir.
Məlumata görə, 25.17.10.70 nömrəli ən son beta versiyada artıq istifadəçi identifikatorlarının (username) sisteminə dair interfeys elementləri aşkar edilib. Bu yenilik sayəsində istifadəçilər bir-biri ilə telefon nömrələrini paylaşmadan ünsiyyət qura biləcəklər ki, bu da məxfilik baxımından böyük əhəmiyyət daşıyır.
Yeni funksiyanın əsas xüsusiyyətləri
İstifadəçi adları unikal olacaq – hər bir username yalnız bir dəfə qeydiyyatdan keçə biləcək
Yalnız latın hərfləri, rəqəmlər, eləcə də “_” və “.” simvolları istifadə oluna bilər.
“www.” ilə başlayan və ya “.com” kimi domenlərlə bitən adlar qadağan olunacaq – bu, fırıldaqçılığın qarşısını almaq üçündür.
Əgər istifadəçi adını dəyişsə, bu barədə söhbət iştirakçılarına bildiriş göndəriləcək
Məxfilik və təhlükəsizlik
Bu yeniliyin əsas üstünlüklərindən biri telefon nömrəsini gizlətmək imkanı olacaq. Qruplarda, icmalarda, kanallarda və biznes profillərində yalnız username görünəcək. Bu isə anonimliyi və ünsiyyət rahatlığını xeyli artıracaq.
Hazırda bu funksiya hələ geniş auditoriya üçün aktiv deyil, lakin tərtibatçıların məlumatına görə, yaxın həftələrdə rəsmi reliz baş tuta bilər.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi