Vətəndaşların bank kartlarından iyunun 6-da 6 min manata yaxın pul oğurlanıb.
Bu barədə AvroMedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı bir sıra şəxslərin bank hesablarından qanunsuz olaraq pul vəsaitlərinin çıxarıldığı müəyyən edilib. Oğurluq faktları üzrə 4850 AZN, 1000 AZN, 999 AZN, 750 ABŞ dolları və digər məbləğlərin ələ keçirildiyi müəyyən olunub:
“Araşdırmalar göstərir ki, bu hallar adətən vətəndaşların kart məlumatlarını, xüsusilə, CVV/CVC kodu, kartın istifadə müddəti və OTP şifrəsini üçüncü şəxslərlə paylaşmaları nəticəsində baş verir. Vətəndaşlara bir daha xatırladılır ki, bank kartı məlumatları məxfi saxlanmalı, heç bir halda tanımadığınız şəxslərlə paylaşılmamalıdır, naməlum nömrələrdən daxil olan zəng və mesajlara cavab verilməməlidir, şübhəli əlaqə halında dərhal münasibət kəsilməli, nömrə bloklanmalıdır”.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?