Azərbaycanda bu il məktəblilər üçün dərsliklərin istehsalına xərclənəcək vəsaitin həcmi açıqlanıb.
AvroMedia.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az məlumat yayıb.
Məlumata görə, məktəbəhazırlıq qruplarından tutmuş buraxılış siniflərinə qədər dərs vəsaitlərinin istehsalı 12 milyon 740 min manata başa gələcək.
Məktəbəhazırlıq qrupları üçün “Məktəbə hazırlaşırıq” adlı dərsliyindən Azərbaycan və rus dilində istehsalına 689 min manat vəsait sərf olunacaq.
Bildirilir ki, 1-2-ci siniflər üzrə dərsliklərin istehsalına 3 milyon 275 min manat, 3-4-cü siniflər üzrə dərsliklərin istehsalına 649 min manat, 5-6-cı siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon 726 min manat, 7-9-cü siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına 3 milyon manata yaxın, 10-11-ci siniflər üzrə kiçik və böyük ölçülü dərsliklərin istehsalına isə 1 milyon 400 min manat vəsait sərf olunacaq.
Eləcə də dövlət peşə təhsili müəssisələri üçün dərsliklərin istehsalı isə 475 min manata başa gələcək.
Bildirilib ki, Elm və Təhsil Nazirliyi qeyd olunan dərsliklərin istehsalı ilə bağlı bir neçə nəşriyyat və poliqrafiya şirkəti ilə ümumi dəyəri 12 milyon 740 min manat olan müqavilələr bağlayıb.

SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Eyni anda 50 dronu məhv edə bilən sistem yaradıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi