İranın Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində itlərin küçədə gəzdirilməsi qadağan edilib.
AvroMedia.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Prokurorluğu və İnqilab Mərkəzinin əmrində bildirilib.
Qurumun nümayəndəsi Babək Məhbub Əlili deyib ki, ictimai hüquqların bərpası və insanların qanuni maraqlarının təmin edilməsi məqsədilə Təbriz şəhərində, o cümlədən parklarda, ictimai yerlərdə və nəqliyyat vasitələrində itlərin gəzdirilməsi qadağandır.
Onun sözlərinə görə, bu əmrin icrası qanunla təqib olunacaq: “Bu baxımdan müvafiq orqanlara ictimai yerlərdə və nəqliyyat vasitələrində itlərin gəzdirilməsinin qarşısını almaq üçün tədbirlər görmək tapşırılıb”.
Məhbub Əlili yiyəsiz itlərin səhiyyəyə və cəmiyyətə vurduğu zərər barədə ictimaiyyətdən çoxsaylı şikayətlərin daxil olduğunu qeyd edərək vurğulayıb: “Prokurorluq məsul orqanların hüquqi fəaliyyətinə tam dəstəyini ifadə edir. Bu baxımdan, istənilən fəaliyyətsizlik nəzərdən keçiriləcək”.
Qeyd edək ki, ötən ay ölkənin İsfahan və mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətlərində də itlərin gəzdirilməsi qadağan edilib.

SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Eyni anda 50 dronu məhv edə bilən sistem yaradıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi