Təhsil cəmiyyətin təməlidir. Amma o təməli möhkəmləndirən müəllimlərin arasında kişilərin sayı getdikcə azalır.
Statistikalar göstərir ki, xüsusilə ibtidai və orta məktəblərdə kişi müəllim tapmaq müşkülə çevrilib.
Bəs bunun səbəbi nədir? Kişilər niyə müəllimlik peşəsinə maraq göstərmir və ya niyə bu sahədə uzun müddət qala bilmirlər?
AvroMedia.az xəbər verir ki, millət vəkili, Aydın Mirzəzadə deyir ki, kişi müəllimlərinin təlim-tədris prosesində rolunu artırmaq üçün onların maraqları nəzərə alınmalıdır:
“Təklif edirəm ki, məktəblərdə xüsusi direktor müavini ştatı ayrılsın və bu vəzifəyə kişi müəllim təyin olunsun. Müvafiq maaşla təmin edilməsi isə istər-istəməz məktəblərdə kişi müəllimlərin sayının artmasına gətirib çıxaracaq. Eyni zamanda məktəb psixoloqları arasında da kişi mütəxəssislərin olması vacibdir. Kişi müəllim obrazının mövcudluğu uşaqların dünyagörüşünə və baxış bucağına da müsbət təsir göstərəcək”.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 2024/2025-ci tədris ilində ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sayı 143 min nəfərdir. Onlardan 19 930-u kişi müəllimdir.

SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Eyni anda 50 dronu məhv edə bilən sistem yaradıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi