Laçındakı sənaye müəssisələrində çalışan işçilər 1 000 manata yaxın əməkhaqqı alır.
AvroMedia.az report-a istinadən xəbər verir ki, bunu Laçındakı xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev deyib.
O qeyd edib ki, Laçında 53 hektar ərazidə sənaye parkı yaradılıb və ötən gün Azərbaycan Prezidenti İlham Əliyev iki müəssisənin açılışını edib, həmin müəssisələrdə əməkhaqqı azı 800-1000 manatdır:“Qısa zamanda işğaldan azad olunan ərazilərdə 3 hava limanının, sənaye parkının formalaşması, yeni iş yerlərinin açılması və bunların təchiz olunmasının sözlə izahı yoxdur. Nəqliyyatla təmin olunmada dövlət qurumlarından dəstək görürük, həmçinin sahibkarlar da dəstək olurlar. Laçının ən gözəl yerlərinin birində hotel tikilir. Qısa müddətdə Laçının belə işıqlanması, məskunlaşmanın təmin olunması, iqtisadi həyatının bərpası çox mühüm amildir”.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?