“Azərbaycan qanunvericiliyində şəxsin əlil olub-olmamasına əsaslanaraq kreditin verilib-verilməməsi nəzərdə tutulmur. Yəni, bu istiqamətdə hər hansı bir ayrıseçkilik mövcud deyil. Lakin əlilliyi olan şəxslərin gəlirləri nisbətən aşağıdır. Bu isə onların kredit götürmə imkanlarını məhdudlaşdırır”.
Bu fikiləri iqtisadçı Xalid Kərimli açıqlmasında səsləndirib.
“Əlilliyi olan şəxslərin işləmək imkanları məhduddur. Bu isə onların gəlirlərinin azlığına səbəb olur. Eyni zamanda, onların tibbi xidmətlər və digər ehtiyaclar üzrə əlavə xərcləri də mövcuddur. Banklar kredit qərarı verərkən ilk növbədə borcalanın gəlirlərinə və xərclərinə nəzər yetirir. Yəni, şəxsin aylıq gəlirlərindən gündəlik xərclər çıxıldıqdan sonra qalan məbləğ qiymətləndirilir. Bank bu vəsaitin kreditin geri qaytarılması üçün yetərli olub-olmadığını araşdırır.Kreditin məbləği borcalanın ödəmə qabiliyyəti əsasında müəyyən olunur. Mərkəzi Bankın tələblərinə əsasən, vətəndaşın kredit ödənişləri onun ümumi aylıq gəlirinin 45 faizindən artıq ola bilməz. Bu borc-gəlir nisbəti banklar üçün vacib göstəricidir”.
İqtisadçı qeyd edib ki, əlilliyi olan şəxslər sosial cəhətdən həssas təbəqə sayıldığından onların kreditləri üzrə risk göstəriciləri banklar üçün yüksək ola bilər.“Çünki belə şəxslərlə potensial mübahisələr cəmiyyət və media üçün daha həssas xarakter daşıyır. Buna görə də banklar bu məsələdə daha ehtiyatla yanaşmağa çalışırlar.
Nəticə etibarilə, problem şəxsin əlil statusu ilə deyil, onun maliyyə imkanları, gəlir səviyyəsi və xərcləri ilə bağlıdır. Gəlirləri aşağı olduğu üçün banklar bu şəxslərə kredit verməkdə çətinlik çəkə bilirlər”.

ABŞ İranla müharibədə neçə milyard xərcləyib?
Azərbaycanda ən bahalı UNİVERSİTETLƏR
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Eyni anda 50 dronu məhv edə bilən sistem yaradıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə