Ölkənin aparıcı internet provayderi CityNet yeni nəsil TV platformasını istifadəyə verib. Platforma istifadəçilərə TV, smartfon, planşet və veb-brauzer üzərindən fasiləsiz izləmə və bir neçə kanala eyni zamanda baxmaq imkanı yaradır. Eyni zamanda, CityNet TV ilə canlı yayımı geri çəkmək, arxivə baxmaq və yaddaşa yazmaq, sevimli kanalları qeyd etmək mümkündür. Platforma çoxsaylı cihaz dəstəyi ilə hər kəs üçün əlçatan bir əyləncə mərkəzi rolunu oynayır.
CityNet TV “BluTV”, “Setanta Sports”, “Dizi Channel”, “FilmBox” kimi premium kanalları izləmə imkanı təqdim edir. Bundan əlavə, istifadəçilər platforma üzərindən “YouTube”, “Netflix”, “Amazon Prime”, “Spotify” kimi məşhur tətbiqlərə də rahatlıqla baxa bilərlər.İstifadəçilər CityNet TV xidmətindən müxtəlif rahat üsullarla yararlana bilərlər. Tətbiqi “App Store” və “Google Play” üzərindən müxtəlif cihazlara yükləmək, Smart TV-lərdə birbaşa izləmək mümkündür. Təqdim olunan kontentə həm kabelli, həm də Wi-Fi bağlantılı STB (Set-Top Box) vasitəsilə televizorda baxmaq imkanı da mövcuddur.
Daima öz abunəçilərini düşünən CityNet yaxın zamanda TV platformasında istifadəçilərə bir sıra yeniliklər təqdim edəcək.CityNet yüksəksürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və ya ətraflı məlumat üçün www.citynet.az saytına keçid edə və ya *1177 ilə əlaqə saxlaya bilərsiniz.

SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Eyni anda 50 dronu məhv edə bilən sistem yaradıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi