Azərbaycanda yaşlı və tənha pensiyaçıların bank kartlarından oğurluq hallarında artım müşahidə olunur. Fırıldaqçılar bu şəxsləri hədəf alaraq onların şəxsi məlumatlarını ələ keçirir və hesablarından vəsait mənimsəyirlər. Bu, həm maliyyə itkilərinə, həm də psixoloji travmalara səbəb olur.
Yaşlı insanlar bu cür dələduzluqlardan necə qoruna bilərlər?AvroMedia.az xəbər verir ki, globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, bu kateqoriyadan olan vətəndaşların texnologiyaya adaptasiya səviyyəsinin aşağı olması onları dələduzlar üçün asan hədəfə çevirir:
“Fırıldaqçılar adətən, bank və ya dövlət qurumları adından zəng edərək şəxsi və bank kartı məlumatlarını ələ keçirir, nəticədə pensiyalar onlayn yolla oğurlanır. Bu cür halların qarşısının alınmasında ilk addım maarifləndirmədir. Yaşlı insanlar şəxsi məlumatlarını, xüsusilə bank kartının PIN kodunu və SMS-lə göndərilən təsdiq şifrələrini heç bir halda telefonla heç kimə verməməlidirlər. Eyni zamanda ailə üzvləri və yaxın qohumlar yaşlı insanlarla bu risklər barədə mütəmadi şəkildə danışmalı, onları real nümunələrlə xəbərdar etməlidirlər. Banklar və digər maliyyə qurumları da bu təbəqə üçün xüsusi hazırlanan, sadə və aydın təlimatlarla təhlükəsizlik bilgilərini daha geniş kütləyə çatdırmalıdır”.Ekspert bildirib ki, problemin sistemli həlli üçün aidiyyəti dövlət qurumlarının, bank sektorunun və sosial xidmət sahəsinin koordinasiyalı fəaliyyəti vacibdir:
“Bu, təkcə hüquq-mühafizə və bank sistemlərinin deyil, həm də sosial rifah və informasiya təhlükəsizliyi orqanlarının birgə məsuliyyətidir. Mütəmadi maarifləndirici kampaniyalar, televiziya və radio vasitəsilə xəbərdarlıqlar, SMS bildirişlər, habelə sosial xidmət işçiləri vasitəsilə fiziki izahlar təşkil edilməlidir. Bundan əlavə, texnoloji həllərlə – məsələn, şübhəli zəngləri avtomatik bloklayan sistemlər və fərdi xəbərdarlıqlarla bu halların qarşısını almaq mümkündür”.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?