Səsli söhbət funksiyası istənilən vatsap qrupları üçün əlçatan olub.
AvroMedia.az xəbər verir ki, bu barədə vatsap tərtibatçılarının bloqunda bildirilir.
Vatsap iştirakçıların maksimum sayını 1024-ə çatdıraraq audio söhbət funksiyasının genişləndirilməsini elan edib. Əvvəllər bu funksiya yalnız 32-256 nəfərlik qruplar üçün əlçatan idi.
Standart qrup zənglərindən fərqli olaraq, audio çat “açıq otaq” formatında fəaliyyət göstərir və istifadəçilərə istənilən vaxt söhbətə qoşulub ayrılmağa imkan verir.
“Audio çata başlamaq üçün çatın aşağı hissəsinə keçin, yuxarı sürüşdürün və bir neçə saniyə saxlayın. İştirakçılar audio çatın başlaması ilə bağlı audio və ya digər bildirişlər almayacaq və istənilən vaxt qoşula və ya çıxa biləcəklər”, - tərtibatçıların bəyanatında deyilir.
Qeyd olunur ki, vatsapda səsli söhbətlər, eləcə də zənglər və mesajlar başdan-ayağa şifrələmə ilə qorunur.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?