İnkişaf etmiş ölkələrdə vətəndaşların 80 faizindən çoxu maliyyə vəsaitlərini banklarda saxlayır. Bu, həm şəxsi maliyyə təhlükəsizliyi, həm də ölkə iqtisadiyyatının formal sektorunun güclənməsi baxımından əhəmiyyətli amildir. Lakin Azərbaycanda bu göstərici xeyli aşağıdır. Əhali arasında banklara inamsızlıq geniş yayılıb. Bəs bunun əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov açıqlamasında bildirib ki, burada iki əsas səbəb var: birincisi, bank sisteminə, ikincisi isə dövlətə inamın az olmasıdır.
“Bank sisteminə gəldikdə, insanlar bankların bağlanacağından qorxurlar. Halbuki, hazırda hər kəsin bankda 100 min manata qədər olan əmanəti tam sığortalanır. Bu əmanətlərə milli valyutada maksimum 12, xarici valyutada isə 2.5 faiz dərəcəsi tətbiq olunur”.İqtisadçı qeyd edib ki, qanunvericilik də sadələşdirilib:
“Əgər bank bağlanarsa, bir ay ərzində kompensasiya verilir. Amma buna baxmayaraq, insanların daxilində bir qorxu qalmaqdadır. Digər tərəfdən, devalvasiya riski də insanları milli valyutada əmanət qoymaqdan çəkindirir. Xarici valyutada isə faiz dərəcəsi onları qane etmir”.“Digər problem isə məsələyə dövlət səviyyəsində veriləcək reaksiyadır. Banka əmanət qoymaq istəyən vətəndaş “bu pul haradandır?” sualı ilə üzləşməkdən çəkinir. Bu narahatlığın haradasa əsası da var. Çünki Azərbaycan kimi ölkələrdə xüsusi ilə varlı insanlar o pulu qanunsuz yollarla əldə edib. Ən azı vergidən yayınma hallarına yol verilib”, – deyə, Ə.Həsənov vurğulayıb.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?