Bülbülə gölünün ətrafında bulvar salınır, artıq işlər sürətli şəkildə davam etdirilir.
AvroMedia.az ATV-yə istinadən xəbər verir ki, hazırda gölün ətrafında yerləşən qamışlıqlar təmizlənir, çirkab suların təmizlənməsi üçün xüsusi qurğular quraşdırılır. Abadlıq və quruculuq işləri başa çatdıqdan sonra gölün ətrafı təmiz, baxımlı və ekoloji cəhətdən dayanıqlı istirahət məkanına çevriləcək.
99 hektar ərazini əhatə edən Bülbülə gölünün dərinliyi 2 metr 80 santimetrdir. Gölün yaxınlığında yaşayış məntəqələri də yerləşir və görülən işlərdən ən çox bu ərazilərdə yaşayan sakinlər razılıq edirlər.Layihə çərçivəsində gölün ətrafında restoran və kafelərin fəaliyyət göstərməsi planlaşdırılır. Əsas məqsəd isə Bülbülə gölünün ekoloji durumunun yaxşılaşdırılmasıdır.
Ətraflı süjetdə:

SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Eyni anda 50 dronu məhv edə bilən sistem yaradıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi