Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 508 nikaha daxilolma və 21 384 boşanma halı qeydə alınıb.
AvroMedia.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.
2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
2024-cü ildə Naxçıvan Muxtar Respublikasında nikahların ümumi sayı 2247, boşanmaların sayı isə 969 olub.
2024-cü il ərzində mediasiya təşkilatlarına ümumilikdə 47 212 müraciət daxil olub. Daxil olan müraciətlərdən 43 761-i ailə mübahisələri, 2 427-i əmək mübahisələri, 64-i kommersiya mübahisələri, 377 müraciət isə mülki mübahisələr üzrədir.
2024-cü il ərzində ümumilikdə 7 554 barışıq sazişi imzalanıb ki, bu da 47% uğurlu nəticə deməkdir. Barışıqlardan 6 963-ü ailə mübahisələri üzrə daxil olmuş müraciətlərdən əldə edilib.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?