Kirayə mənzillərlə bağlı problem vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Paytaxta üz tutan vətəndaşların əksəriyyəti yüksək icarə haqlarından narazılıq edir. Lakin hər il tələbələr yay tətilinə çıxdıqda və ya təhsillərini başa vurub bölgələrə qayıtdıqda, qiymətlər nisbətən ucuzlaşır.
Bu il vəziyyət necə olacaq?
AvroMedia.az xəbər verir ki, globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, Bakı və ətraf ərazilərdəki daşınmaz əmlakın təxminən 17-18 faizi kirayə fonduna daxildir:
“Lakin qiymət artımına görə tələbələr yay mövsümündə mənzilləri tərk etməməyə çalışırlar. Ötən il boşalan mənzillərin sayı təxminən iki dəfə azalmışdı. Məsələn, bu gün 500 manata kirayə verilən mənzildən tələbə 2-3 aylıq tətil səbəbindən çıxır və geri döndükdə eyni qiymətə yenidən ev tapa biləcəyini düşünür. Qayıdanda isə həmin məbləğə mənzil tapmaq mümkün olmur, çünki qiymətlər artıq yüksəlir”.Ekspert bildirib ki, ilin sonunda kirayə mənzil bazarında dəyişiklik gözlənilir:
“Bakıda qəzalı vəziyyətdə olan 194 bina artıq riskli kimi qeydə alınıb. Fikrimcə, yaxın 6 ay ərzində sökülmə prosesinə başlanılacaq. Praktikaya görə, paytaxtda 2017-ci ildə evlərin qiyməti kəskin bahalaşmışdı. Çünki həmin vaxt 100-ə yaxın binanın sökülməsi prosesi başladı. 194 binanın sökülməsi də baş verərsə, mənzil qıtlığı yaranacaq. Qiymətlər 15-20 faiz bahalaşacaq”.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi