“Bu Əminənin qatıldığı ilk beynəlxalq yarış idi və o, birinci yeri tutdu. Atası olaraq, mən onunla fəxr edirəm”.
AvroMedia.az oxu.az-a istinadən xəbər verir ki, bunu kunq-fu üzrə dünya çempionatında qızıl medal qazanmış Əminə Əliyevanın atası, Xalq artisti Emin Ağalarov bildirib.
O, qızının bu nailiyyətini olduqca xoş və gözlənilməz adlandırıb.“Əminə olduqca intensiv şəkildə yarışlara hazırlaşırdı. Gündə 2 dəfə mənim nəzarətim altında “SeaBreeze”də məşq edirdi. Onun çox yaxşı məşqçilər komandası var. Amma düzünü desəm, çox xoş və gözlənilməz oldu. Çünki ilk dəfə idi beynəlxalq yarışlara qatılırdı. Bütün seçimləri və toplanışları keçdi, uğurla çıxış etdi və mütləq birinciliyi əldə etdi. Bu mənim üçün böyük fəxrdir”, – E.Ağalarov qeyd edib.
O, qızının bütün yarışlarını izlədiyini və gözlərinə inana bilmədiyini deyib.“Evdəki böyük qardaşlarına da demişəm ki, artıq evdə qorxmalı olduğumuz birisi var”, – deyə Xalq artisti zarafat edib.
E.Ağalarov Əminənin gələcək karyerasına da toxunub. O, bildirib ki, əgər qızı məşqləri davam etdirmək qərarı verərsə, valideynləri onu dəstəkləyəcəklər.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?