Azərbaycanda yeni Kəbənin yaradılması təklif edilib.
AvroMedia.az Modern.az-a istinadla xəbər verir ki, bu təkliflə deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev çıxış edib.
O, partiyanın mətbuat xidmətinin suallarını cavablandırarkən deyib ki, Naxçıvanda yerləşən Əshabi-Kəhfdə Məkkədəki Kəbənin-islamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik:
"Səudiyyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın.
Müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır. Əshabi-Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır.
Bu zaman bütün müsəlmanların imkanı olar ki, Yeni Kəbənin içərisinin necə olduğunu görsün və ziyarət etsin. Biz Yeni Kəbəni bütün müsəlmanlar arasında tanıda bilərik".

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi