Vətəndaşların daimi yaşayış yerindən qeydiyyatdan (propiskadan) çıxarılması zamanı kompensasiya hüququnun olub-olmaması tez-tez müzakirə edilir. Maraqlıdır, qeydiyyatdan çıxarılarkən kompensasiya hüququ varmı?
Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə açıqlamasında bildirib ki, əgər şəxs 2009-cu ilədək mənzildə qeydiyyata alınıbsa və başqa yaşayış yeri yoxdursa, həmin şəxsə eyni şəraitli mənzildə 3-5 il müddətində kirayədə qalmaq üçün kompensasiya ödənilməlidir. Bu halda, Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunur.
“Lakin əgər qeydiyyat 2009-cu ildən sonra baş tutubsa, məsələn, şəxs qaynanasının və ya qaynatasının evində qeydiyyata alınıbsa, bu halda kompensasiya hüququ yaranmır. Çünki 2009-cu ildən etibarən Mənzil Məcəlləsinin 30-cu maddəsi qüvvəyə minib və həmin tarixdən sonra qeydiyyat mülkiyyət hüququ yaratmır”.Vəkil qeyd edir ki, hər iki halda, əgər şəxs qeydiyyatdan çıxmağa razı deyilsə, mülkiyyətçi onu qeydiyyatdan çıxarmaq üçün mütləq şəkildə məhkəməyə müraciət etməlidir. Bu proses yalnız məhkəmə qərarı ilə həyata keçirilə bilər.
“2009-cu ildən sonra qayınana və ya qayınatanın evində qeydiyyata alınmış şəxslər, onlara hər hansı hüquqi tələb irəli sürə bilməzlər. Belə hallarda, əgər mülkiyyətçi ilə qeydiyyatda olan şəxs arasında hansısa tanışlıq və ya qohumluq əlaqəsi yoxdursa və qeydiyyat formal xarakter daşıyırsa, ilk növbədə polis orqanına müraciət edilməli, qeydiyyatdan çıxarılmaq üçün imtina məktubu alınmalı, daha sonra isə inzibati məhkəməyə müraciət ünvanlanmalıdır”.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?