Taksilərdə müştərilərin nəğdsiz ödəniş edə bilməsi üçün postterminal,videomüşahidə kamerası və tütün məlumatlarından istifadə edilməsinin qadağan olunması ilə bağlı məlumatların quraşdırılması və müəyyən edilən tələblər var. Məqsəd sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsidir.
AvroMedia.az xəbər verir ki, taksi sahəsində aparılan müəyyən islahatlardan sonra dəyişikliklər öz sözünü deyir. Xüsusilə taksi parkının yenilənməsi, mühitin mühafizəsinə töhfə verən elektrik və hibrid tipli nəqliyyat vasitələrinin xidmətə cəlb edilməsi təmin olunub.
Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, bu dövr ərzində əsas məqsədlərdən biri taksi parkının yenilənməsi idi ki, burda müsbət nəticələr əldə olunub:
“32%-ə qədər buraxılış ili bir ilə qədər olan nəqliyyat vasitələrinə icazələr verilib. Həmçinin, rəng məsələlərində müəyyən nəticələr əldə olunub. Eyni zamanda sərnişin daşıma xidmətinə nəzarətin gücləndirilməsi xidmət keyfiyyətinin artırılması məqsədi ilə e-taksi alt sistemi istifadəyə verilib. Növbəti mərhələdə isə mövcud normativ hüququ aktların tələblərinə uyğun olaraq taksi minik avtomobillərinin daxili tərtibatının qaydalara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu çərçivədə hər bir taksi nəqliyyat vasitəsində ödənişlərin rəqəmsal şəkildə aparılmasını təmin edən postterminal, sürücü və daşıyıcı şirkət barəsində məlumatlar, sürücünün fotoşəkli, videomüşahidə kamerası və tütün məlumatlarından istifadə qadağan olunması ilə bağlı məlumatların quraşdırılması nəzərdə tutulur”.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi