Diş pastası ilə bağlı edilən yeni araşdırma cəmiyyət arasında ciddi narahatlığa səbəb olub.
AvroMedia.az milli.az-a istinadən xəbər verir ki, ən etibarlı və məşhur markaların diş məcunlarının tərkibində ağır və zəhərli metallar aşkarlanıb. Hətta uşaqlar üçün nəzərdə tutulan məhsullar belə təhlükədən kənarda deyil.
ABŞ-da fəaliyyət göstərən “Lead Safe Mama” adlı müstəqil təşkilat 51 fərqli diş pastasını laboratoriya testinə göndərib. Nəticələr isə həm istehlakçıları, həm də mütəxəssisləri təəccübləndirib.
Test edilmiş markalar arasında bunlar var:
“Crest” , “Colgate” , “Sensodyne” , “Orajel” , “Burt’s Bees” , “Tom’s of Maine” , “Hello” .
Diş pastalarının 90%-ində qurğuşun, 65%-ində arsen, 47%-ində civə, 35%-ində kadmium aşkarlanıb. Bəzi məhsullarda isə bir neçə ağır metal birlikdə tapılıb.
Bu metallar neyrotoksin kimi tanınır və beyin hüceyrələrini zədələyərək idrak funksiyalarına ciddi ziyan vura bilər. Mütəxəssislər bildirir ki, bu maddələrin uzunmüddətli istifadəsi öyrənmə pozğunluqları, autizmə bənzər simptomlar, xərçəng, böyrək xəstəlikləri, ürək-damar problemləri və doğuş qüsurları ilə əlaqələndirilir.
Gündəlik istifadədə olan bu məhsullar sağlamlıq üçün təhlükə mənbəyinə çevrilə bilər. Ekspertlər tərkibində təhlükəli maddə olmayan, sertifikatlı və təbii tərkibli məhsulların seçilməsini tövsiyə edir.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?