Xəbər verdiyimiz kimi, mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülüb və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.
AvroMedia.az xəbər verir ki, bütün bu tədbirlərlə yanaşı, sosial şəbəkələrdə də aksiya başladılıb.
Belə ki, bir sıra müğənni və blogerlər instaqram hesablarının hekayə bölümündə Elgünün qətli ilə bağlı şablon paylaşımı edərək gənc oğlanın cinayətin qurbanı olmasına səssiz qalmayıblar.
Xatırladaq ki, bir neçə gün öncə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgünün döyülərək tanınmaz hala salındığını deyib: “Başı yox idi uşağın. Tikə-tikə idi, tanınmaz halda… Gözü yerdə imiş. Ciyəri partlayıb, ağciyəri, qaraciyəri… Qabırğaları qırıq-qırıq idi. Bu, insan işi deyil. Döyülübsə də, dəmirlə döyüblər. Amansızcasına, vəhşicəsinə… Uşaq universitetə hazırlaşırdı, bizim ümidimiz idi. İmtahanının birini vermişdi. Davakar deyildi, bir az zəif uşaq idi. Oxumağa meyilli, çox savadlı idi”.
Peşə məktəbinin mühafizəçisi Valeh Muradov isə bildirib ki, ərazini gəzən başqa bir mühafizəçi inilti səsini eşidib və həmin an Elgünü aşkarlayıb. Daha sonra polisə və təcili yardıma xəbər ediblər.
Qeyd edək ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstəribmiş.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?