Naxçıvan Muxtar Respublikasında bir zamanlar aktiv fəaliyyət göstərmiş “Gəmiqaya Avtonəqliyyat”, “Avtonax MR” və “Avto GL” şirkətləri ləğv edilir.
AvroMedia.az xəbər verir ki, ləğv olunduğunu elan edən şirkətlər kreditorlarına müraciət ünvanlayıb ki, iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Cəli̇l Məmmədquluzadə küçəsi, ev 34/2 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Gəmiqaya Avtonəqliyyat” 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 210 050.14 manatdır. “Avtonax MR” 2023-cü ildə 14 142.26 manat nizamnamə kapitalı ilə, “Avto GL” isə 2023-cü ildə 241 937 manat nizamnamə kapitalı ilə yaradılıb.
Şirkətlər bir zamanlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olduğu bildirilən “Gəmiqaya Holdinq”in tabeçiliyində olub.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi