Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə vermək istəyiblər.
AvroMedia.az xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş öz verilişində məlumat verib.
O, qeyd edib ki, qurulan toy məclisinin qarşısı alınıb:
“Mənə Sabirabad tərərfdən güclü bir qarğış küləyi gəlir. Çünki gecə ilə aldığım məlumatla bu gün Sabirabadın Yenikənd kəndində qurulan bir toy mərasimi ləğv edilib. Ona görə ki, bu toyda əyləşən qızın heç 17 yaşı tamam olmayıb. Məni bilirəm ki, indi bizi izləyirlər. Qulağıma bir-iki söz çatır. Mən axı dedim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var. O toy bu gün olmayacaq. 16 yaşlı bir uşağı məndə olan məlumata görə 33 yaşlı xalası oğluna məcbur ərə vermək istəyiblər. Qohum evlilikləri iyunun 1-dən rəsmi olaraq qadağan olunacaq. Ona görə də belə tələsik etmək istəyirdilər ki, iyunun 1-dən dövlət qadağa edəcək. Hətta eşitdiyimə görə, toy üçün 20 min xərc çəkilibmiş. İndi orada çal-çağır olmalı idi”.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi