Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhid dəfn olunacaq.
AvroMedia.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
İtkin-şəhidlərin hamısı hərbçidir. Sabah dəfn olunacaq itkin-şəhidlər Məmmədov Yusif Mirzəli oğlu, Rüstəmov Miriş Məhəmməd oğlu, Məmmədov Muxtar Bayram oğlu, Abbasov Abuzər Tənzil oğlu və Ərzumanov Elşən İsaməddin oğludur.
Qeyd edək ki, Y.Məmmədovun nəşinin qalıqları saat 12:00-da Sumqayıt şəhəri Şəhidlər xiyabanında, M.Rüstəmov saat 14.00-da Ağcabədi şəhəri Şəhidlər xiyabanında, M.Məmmədov saat 12.00-da Şərur şəhəri Şəhidlər xiyabanında, A.Abbasov saat 15.00-da Zərdab rayonu Yuxarı Seyidlər kənd qəbiristanlığında, E.Ərzumanov isə saat 13.00-da Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi