“Tek süd Holland” pendiri üzərində 1 kq-nın qiyməti 13.99 manat göstərilməsinə baxmayaraq, kassada 17 manata satılıb. Bu səbəblə mağazaya İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə tətbiq edilən protokol təsdiq edilib.
AvroMedia.az Modern.az-a istinadla xəbər verir ki, mağazaya məxsus qəbzdən görünür ki, “Tek süd Holland” adlı məhsulun kq-ı 17 manatdan vurulub və 0,242 kq-ı 4.11 manata satılıb.
Fotoşəkildən görünür ki, “Tek süd Holland” pendirinin 1 kq-ı 13,99 AZN olmaqla, 0,242 kg-nın qiyməti 3,39 AZN hesablanıb.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə mağaza İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilib.

Azərbaycan Avropanın ƏN GÜCLÜSÜ OLDU
Pensiyaya çıxan vətəndaşlarla bağlı vacib açıqlama.
Zelenski Putinə açıq məktub ünvanladı.
Sabah bu ərazilərdə qaz kəsiləcək.
10 gündən sonra bu şəxslər işsiz qalacaq.
İsrail və Livan arasında atəşkəsi rədd etdi.
Evlənmək üçün ən bahalı ölkələrin siyahısı - Azərbaycanın sıradakı yeri
Həzmi dəstəkləyən təbii qida.
Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Ağırlıq qaldırmaq ömrü uzadırmı?