Bakıda metro və avtobuslarda onlayn ödəniş etməklə bağlı yaranan problem aradan qaldırılıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, bu gün “K Group” MMC-nin operatoru olduğu sistemdə internet problemi səbəbindən metro və avtobuslarda saat 11:33-dən 12:15-dək onlayn ödəniş etmək mümkün olmayıb.Bildirilib ki, hazırda problem aradan qaldırılıb, sərnişinlər ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər.
Xatırladaq ki, bu gün paytaxtda ictimai nəqliyyatda QR-kodla ödəniş sistemində texniki nasazlıq yaranıb. Sərnişinlər avtobuslarda bu üsulla ödəniş edə bilmirlər. Nasazlıq “Birbank” və “m10” tətbiqi üzərindən ödəniş edən istifadəçilərin ciddi çətinliklə üzləşməsinə səbəb olub. Onlar QR kod yaratmağa çalışdıqda sistem “Xəta baş verdi” mesajı ilə cavab verib.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi