Mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə AvroMedia.az-a DİN-dən məlumat verilib.
“Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var. Telefonla bank kartlarına yönələn istəklər dələduzluqdur. Onlayn cinayət davam edən və artan kiber təhlükədir. Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir. Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var”, DİN-in məlumatında deyilir.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi