Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 500 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 87, Biləsuvar gömrük postunda 155, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 52 yük maşını var.
Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.
AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi