Pensiya və dövlət büdcəsi hesabına əməkhaqqı alanlar vəsaiti alacağı bankları özləri seçə biləcək. Başqa sözlə, bu şəxslər istədiyi bankın plastik kartını və xidmətini seçə biləcək.
Mərkəzi Bankın şöbə rəisi Rəşad Qasımovun sözlərinə görə, ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir. Hazırda bu məsələ ilə bağlı müzakirələr davam edir.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, xüsusilə pensiyaçılara belə bir seçim imkanının yaradılması vacibdir. Çünkü bəzi hallarda pensiya alan şəxslərin yaşadıqları ünvanda plastik kartının məxsus olduğu bankların bankomatını tapmaq müşkül məsələyə çevirilir.
Millət vəkilinin sözlərinə görə, yaxın vaxtlarda vətəndaşlar üçün belə bir imkanın təqdim edilməsi gözlənilir.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi