Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla-qarpızın içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkoitik vasitə aşkar edilib.
AvroMedia.az xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.
Əsaslı yoxlama zamanı kinoloji xidmət iti 42 qutuya reaksiya verib və həmin qutulardakı 84 ədəd qarpızın içərisindəki bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 63 kiloqram 417 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Paytaxtın bu ərazilərində qaz olmayacaq
Avropada qazın qiyməti dörd aylıq maksimuma yüksəldi
Kəlbəcərdə mina partladı
Ermənistan güləşçiləri Bakıya gələcək
Bu küçədə təmir aparılacaq
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı
Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslər həbs edildi